Azərbaycanda ilk dəfə Təhsil Tədqiqatları Assosiasiyası YARADILIB 

Azərbaycanda ilk dəfə Təhsil Tədqiqatları Assosiasiyası YARADILIB 

Hazırda oxunan: Azərbaycanda ilk dəfə Təhsil Tədqiqatları Assosiasiyası YARADILIB 

179185

“Azərbaycan Təhsil Tədqiqatları Assosiasiyası (AzERA) ilk dəfə yaradılıb. Onun yaranmasını həmişə dəstəkləyirik”.

Bizim.Media xəbər verir ki, bunu ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova jurnalistlərə açıqlamasında deyib.

O, Assosiasiyasının yaranmasının məqsədlərindən danışıb:

"Hamımız hər gün məktəb, ali təhsil haqqında nəsə oxuyuruq. Məktəbdə baş verən hadisələr haqqında fərziyyələr, ehtimallar yayılır. Əslində, bununla bağlı tədqiqat aparılmalıdır.

Məktəbdə ən son baş verən hadisə tədqiqatla öyrənilməlidir. Bu belə olmalı deyil ki, kimsə bunun zarafat olduğunu desin. Bu, Daxili İşlər Nazirliyinin araşdırması olmamalıdır. Bunu təhsil tədqiqatçıları gedib yerində araşdırıb öyrənməlidir. Onda biz təhsillə bağlı bir çox suallarımıza cavab tapacağıq. Ona görə də təhsil tədqiqatlarının mövcudluğu çox vacibdir".

Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO