Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Bizim.Media xəbər verir ki, “Türk dünyasında geniş yayılan Xıdır Elləz bayramı” adlı süjetdə xalqımızın minilliklərlə tarixi olan Novruz adət-ənənələri barədə söhbət açılıb, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər mahalında, hər kəndində qeyd olunan Xıdır İlyas, Xıdır Elləz və ya Xıdır Nəbi adlanan bayramın necə keçirildiyi xatırladılır.
Bildirilir ki, Xıdır Elləz qədim tarixə malikdir və el arasında geniş yayılıb:
“Bütün türk dünyasında bu mərasim qeyd olunur. Xıdır Nəbi “suyun, külək və havanın” himayəçisi” kimi təqdim edilir və Xızır Peyğəmbərlə eyniləşdirilir. Xıdır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır yer, su, umay kimi bir Vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir”.
Qeyd olunur ki, inanclara görə, əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaq. “Xızır” türkdilli xalqların sözüdür və yazın istisini, hərarətini, gətirən kişi, qəhrəman deməkdir.
- A-
- A
- A+
Cəmiyyət
06:15 / 18.02.2024
Qərbi Azərbaycan Xronikası: Xıdır Nəbi bayramının qəribə adətləri, mətbəxi və inancları - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Xıdır Nəbi bayramının qəribə adətləri, mətbəxi və inancları - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Xıdır Nəbi bayramının qəribə adətləri, mətbəxi və inancları - VİDEO
178688
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.