İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi

Hazırda oxunan: İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi

178095

Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoyublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO