“Psixi xəstəlikdən əziyyət çəkdiyi sübut olunsa, cəzasız qalacaq” – HÜQUQŞÜNAS 

“Psixi xəstəlikdən əziyyət çəkdiyi sübut olunsa, cəzasız qalacaq” – HÜQUQŞÜNAS 

Hazırda oxunan: “Psixi xəstəlikdən əziyyət çəkdiyi sübut olunsa, cəzasız qalacaq” – HÜQUQŞÜNAS 

178074

Xəbər verdiyimiz kimi, fevral ayının 13-də Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov atasını, anasını, qardaşını, bacısını və onun azyaşlı övladını amansızlıqla qətlə yetirməkdə şübhəli şəxs kimi saxlanılıb. Cinayət hadisəsi barədə araşdırma davam edir.

Qətl hadisəsi cəmiyyətdə ciddi rezonans doğurub. Ailə faciəsinin səbəbləri geniş müzakirə olunur. Ailənin yaxınları mətbauata açıqlamalarında təqsirləndirilən, qətli törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemlərinin olduğunu deyiblər. Onların sözlərinə görə, Əhməd Əhmədov psixoloji xəstəlikdən əziyyət çəkib, xəstəxanada yox, evdə daim dərman qəbul edirmiş.

Qətli törədən şəxsin psixoloji problemlərinin olduğu sübut olarsa, həmin şəxsi hansı cəza gözləyir?

Vəkil Pərviz Hacıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, şəxsin psixoloji xəstəlikdən əziyyət çəkdiyi sübut olunsa, cəzasız qalacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda DƏHŞƏT: 25 yaşlı oğlan ata-anasını və qardaşını qətlə yetirdi


“Əgər şəxs anlaqsız vəziyyətdə olubsa, hansısa psixatriya xəstəxanasında qeydiyyatda olubsa, psixi xəstəlikdən əziyyət çəkibsə, həmin şəxsin cinayət əməlləri törədərkən anlaqsız vəziyyətdə olması müvafiq ekspertizanın rəyi nəticəsində məlum olarsa, həmin şəxsə cəza tətbiq olunmayacaq. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunacaq”.

Hüquqşünas əks təqdirdə şəxsin ömürlük azadlıqdan məhrum edilməsinin də mümkün olduğunu bildirib:

“Əgər şəxs cinayəti törədərkən anlaqlı vəziyyətdə olubsa, yəni şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib, onun nəticələrini arzu edib, buna şüurlu surətdə yol veribsə və törətdiyi əməlin ağırlığını dərk edibsə, bu şəxsin əməli 120-ci maddə ilə tövsif olunacaq. Bu bəndlərə 120.2.4 – xüsusi amansızlıqla qətlə yetirmə, 120.7.2 – iki və daha çox şəxsi qətlə yetirmə, 120.2.9 – köməksiz şəxsi qətlə yetirmə aiddir. Çünki qətlə yetirilənlər arasında uşaq da var. Belə olan halda həmin şəxsi 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO