Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində 55 saylı Siyəzən-Quba-Xızı Dairə Seçki Komissiyası üzrə 49 mindən çox seçici iştirak edəcək.
Bu barədə Bizim.Media-nın yerli bürosuna sözügedən seçki dairəsinin sədri Rəşad Nuriyev məlumat verib.
Onun sözlərinə görə, Siyəzən rayonu üzrə 31, Quba rayonu üzrə 26, Xızı rayonu üzrə 15 seçki məntəqəsi yaradılıb.
Qeyd edək ki, bu il MSK tərəfindən dairə seçki komissiyalarının strukturu yenilənərkən Siyəzəndə də yeni dairə yaradılıb. Qubanın dağ kəndlərindəki bəzi məntəqələr və Xızı rayonunun əvvəllər Sumqayıt dairəsinin tərkibində olan bütün məntəqələri də Siyəzən DSK-ya verilib.
Seçici sayının artması səbəbindən təşkil edilən yeni dairədə hər 3 rayon üzrə bütün məntəqələr seçkiyə tam hazırdır. Seçki gününədək məntəqələrdə aşkarlanan hər hansı çatışmazlıq dərhal aradan qaldırılacaq.
Hazırda prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasının davam etdirildiyini söyləyən Rəşad Nuriyev onların seçicilərlə görüşü üçün icra başçılarının sərəncamı ilə açıq və qapalı yerlər ayrıldığını da qeyd edib.
Fevralın 7-də 55 saylı Siyəzən-Quba-Xızı dairəsi üzrə 52 nəfər gənc ilk dəfə səsverməyə qatılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 02.02.2024
Tərkibi dəyişdirilən Siyəzən dairəsində seçkilərə hazırlıq NECƏ GEDİR? – FOTO
Hazırda oxunan: Tərkibi dəyişdirilən Siyəzən dairəsində seçkilərə hazırlıq NECƏ GEDİR? – FOTO
Hazırda oxunan: Tərkibi dəyişdirilən Siyəzən dairəsində seçkilərə hazırlıq NECƏ GEDİR? – FOTO
176233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.