Çiçək: “Aylarla mənə 101 gül göndəriblər, amma onları evə aparmamışam” – VİDEO 

Çiçək: “Aylarla mənə 101 gül göndəriblər, amma onları evə aparmamışam” – VİDEO 

Hazırda oxunan: Çiçək: “Aylarla mənə 101 gül göndəriblər, amma onları evə aparmamışam” – VİDEO 

176069

“Atam mənim nəfəsim, dağım, hər şeyimdir. Onsuz həyatımı təsəvvür etmirəm. Yolda qalsam, kimə zəng edərəm? Ağlınıza gələcək nə varsa, bir insanın edəcəyini atam mənim üçün edib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Çiçək” ləqəbi ilə məşhurlaşan teleradio aparıcısı Şəhla Vakkas qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Aparıcı bildirib ki, ona aylarla bir şəxs 101 ədəd qızıl gül göndərib: 

“Aylarla mənə 101 gül göndəriblər. O bəyin adını da çəksəniz, qısqanclıq olmaz. Çünki güvən məsələsi var. Onu mənə müğənni göndərməyib. O gülləri də nə evə aparırdım, nə də ki, satırdım. Onlar ofisdə qalırdı. Atamın və qardaşımın xasiyyəti çox ağırdır. Dərhal soruşacaqdılar ki, bunları sənə kim alıb?” 

Çiçək evə gec gəldiyində ailəsinin bütün üzvləri ona zəng edərək, narahatlıq keçirdiyini vurğulayıb: 

“Saat 20:00-da efirdən çıxıram. 20:30-da evə gəlməyəndə atam, anam, qardaşım, həyat yoldaşım və oğlum mənə zəng edərək, harada olduğumu sorğu-sual edirlər. Deyirəm ki, əl çəkin məndən. Bizdə ailədə hamı hər şeyi bilir. Ailə həyatımdan da çox razıyam”. 

Aparıcı xaricdə təhsil alan oğlundan da söz açıb: 

“Oğlumun ən böyük arzusu onun dərs oxumağından razı olmağımdır. Çünki onun oxumağından razı deyiləm. Oğlum hazırda Türkiyədədir”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO