“Qəbələ”də ciddi İTKİLƏR 

“Qəbələ”də ciddi İTKİLƏR 

Hazırda oxunan: “Qəbələ”də ciddi İTKİLƏR 

175579

Azərbaycan Premyer Liqasının 20-ci turunun oyunları bir neçə futbolçunun cəzalı duruma düşməsinə səbəb olub. 11 oyunçu 21-ci turu buraxmalı olacaq. 

Bizim.Media xəbər verir ki, onlardan beşi “Qəbələ”nin üzvüdür. 

Belə ki, “Neftçi” ilə görüşdə Gilad Abramov, Ürfan Abbasov, Asif Məmmədov mövsümdə 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşüblərsə, Zurab Oçiqava ilə Əyyub Allaş qırmızı vərəqə aldıqları üçün “Zirə” ilə qarşılaşmanı buraxacaqlar. 

“Kəpəz”dən Yeqor Xvalko, Elmir Tağıyev, Mate Kvirkviya, “Qarabağ”dan Elvin Cəfərquliyev, “Neftçi”dən Azər Salahlı sarı vərəqə limitini doldurublar. “Sabah”ın kapitanı Elvin Camalov isə qırmızı vərəqə cəzalısıdır. 
Qeyd edək ki, 21-ci turun matçları 3-5 fevralda keçiriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO