Xavi

Xavi "Barselona"nı tərk edəcək

Hazırda oxunan: Xavi "Barselona"nı tərk edəcək

175436

Xavi 2023/24 mövsümünün sonunda İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi postunu tərk edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə baş məşqçi mətbuat konfransı zamanı deyib.

"Geri dönüşü olmayan həddə çatmışıq. Bu gün klubun idarə heyəti ilə danışdım və bildirmək istərdim ki, iyunun 30-da “Barselona”nın baş məşqçisi postunu tərk edəcəyəm. Dəyişiklik vaxtıdır və klubun dinamikada dəyişikliyə ehtiyacı var", - deyə Xavi bildirib.

Qeyd edək ki, Yanvarın 27-də “Barselona” öz meydanında İspaniya çempionatında “Vilyarreal”a (3:5), yanvarın 24-də Kral Kubokunun 1/4 finalında “Atletik”ə (əlavə vaxtdan sonra 2:4), yanvarın 14-də isə İspaniya Superkubokunun final oyununda “Real Madrid”ə (1:4) məğlub olub. 

21 oyundan sonra komanda 44 xalla İspaniya çempionatında üçüncü pillədə qərarlaşıb və lider "Real Madrid"dən 10 xal geri qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO