Maksim Qalkin Rusiya höküməti tərəfindən təqib edilir - İndoneziyaya BURAXILMADI - FOTO

Maksim Qalkin Rusiya höküməti tərəfindən təqib edilir - İndoneziyaya BURAXILMADI - FOTO

Hazırda oxunan: Maksim Qalkin Rusiya höküməti tərəfindən təqib edilir - İndoneziyaya BURAXILMADI - FOTO

175311

Ölkəsində “xarici agent” statusu aldıqdan sonra didərgin düşən Rusiyanın məşhur yumoristi Maksim Qalkin növbəti problemlə üzləşib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bir neçə dəqiqə əvvəl paylaşım edərək bildirib ki, Rusiya hökümətinin təzyiqi ilə onun İndoneziya və Bali adasına girişinə məhdudiyyət qoyulub. 

 “İndoneziyaya girişim pasport nəzarəti zamanı rədd edildi. Eyni zamanda, iş vizam iki gün əvvəl təsdiqlənib. Burada verəcəyim tamaşanın bütün sənədləri qaydasındadır. Söhbət heç bir qara siyahıdan getmir. Mənə qarşı düşmənçilik də yoxdur. Sərhəd zabitləri mənə qarşı çox nəzakətli idilər.  
Ölkəyə buraxılmamağımla bağlı, səbəb demək olar ki, dərhal qeyd edildi və sərhəd xidmətinin əməkdaşları tərəfindən bir neçə dəfə təkrarlandı - Rusiya hökumətindən məni Baliyə buraxmamağı xahiş edən məktub yollayıb. Məktubu mənə göstərdilər, amma təbii ki, nüsxəsini verməyi nəzakətlə rədd etdilər”, - deyə Qalkin yazıb.

Sənətçi həmçinin Rusiya hakimiyyətinin onu təqib etdiyini də qeyd edib. Qalkin əlavə edib ki, Rusiya hakimiyyətinin təzyiqi ilə payızda Qazaxıstanda baş tutmalı olan 2 konserti ləğv edilib. 

Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə İsrailə köçüblər. Ailənin bu addımı isə Rusiyada tənqidlə qarşılanıb. 

İsrail və Fələstin arasında münaqişə pik həddə çatdıqda isə cütlük əvvəlcə İsraili dəstəkləyib, lakin təhlükəsizliklərini qorumaq məqsədi ilə ölkəni tərk ediblər. Puqaçova və uşaqları Kiprə uçub. Maksim Qalkin isə həmin vaxt qastrol səfərinə yollanıb.   





Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO