Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, bu günə kimi yaxşı təşəbbüslər olub:
"Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir".
H.Hacıyev qeyd edib ki, prosesə ölkələrin özəl media resurslarının da cəlb olunmasına ehtiyac var:
“Media forum konsepsiyası barədə də düşünülür. Ölkələr arasında biznes forumlar keçirildiyi təqdirdə, media sahəsində də birbaşa əlaqələr qurulmalıdır. Bu gün media agentlikləri tərəfindən ilkin mənbədən olmayan məlumatlara istinadlar çox gedir. Ona görə də media agentlikləri arasında əlaqələrin qurulması vacibdir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:35 / 10.04.2021
“Türk Şurasında Media Koordinasiya Komitəsi yaradılmalıdır” - Hikmət Hacıyev
Hazırda oxunan: “Türk Şurasında Media Koordinasiya Komitəsi yaradılmalıdır” - Hikmət Hacıyev
Hazırda oxunan: “Türk Şurasında Media Koordinasiya Komitəsi yaradılmalıdır” - Hikmət Hacıyev
17455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.