Son 10 ildə transferdən ən çox qazanan klublar - FOTO

Son 10 ildə transferdən ən çox qazanan klublar - FOTO

Hazırda oxunan: Son 10 ildə transferdən ən çox qazanan klublar - FOTO

174437

Transfermarkt poratlı 2014/2015 mövsümündən başlayaraq transferlərdə ən çox qazanan klubların siyahısını dərc edib. 

Bizim.Media xəbər verir ki, İngiltərənin “Çelsi” klubu reytinqə başçılıq edir. Londonlular bu müddət ərzində 1,32 milyard avroluq oyunçu satıblar.

İlk üçlükdə “Benfika” və “Monako” da var. Portuqaliyalıların satışdan qazancı 1,21 milyard, knyazlıq təmsilçisinin isə 1,2 milyard avro olub. 1 milyard rəqəmini daha iki klub – “Yuventus” və “Barselona” da keçib.

20 klub arasına düşməyən komandalar da maraq doğurur. Almaniyanın “Leypsiq” komandasının satışı 655 milyon təşkil edib. Onlar siyahıda 22-ci yerdə qərarlaşıblar. “Bayern” 606 milyonla 25-ci pillədədir. “Arsenal”ın satışdan gəliri 408 milyon edib. London klubu 43-cü pillədə yer alır. “Milan” isə 391 milyonla 46-cı pillədədir.


Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO