Bakıda sərnişin avtobusu təhlükə saçdı – VİDEO 

Bakıda sərnişin avtobusu təhlükə saçdı – VİDEO 

Hazırda oxunan: Bakıda sərnişin avtobusu təhlükə saçdı – VİDEO 

174326

Paytaxt küçələri ilə burnu yerə dəyən sərnişin avtobusu hərəkət edir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. 

Yayımlanan videodan görünür ki, Cavadxan küçəsi, 1 - Masazır marşrutu üzrə hərəkət edən 525 saylı sərnişin avtobusu tamamilə sağ tərəfə əyilmiş vəziyyətdə hərəkət edir ki, bu da sərnişinlərin həyatı üçün təhlükə deməkdir. Sosial şəbəkə istifadəçiləri də sərnişin avtobusunun bu cür məsuliyyətsiz şəkildə idarə olunmasından narazılıqlarını bildiriblər. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlik rəsmisi oxu.az-a bildirib ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO