Ən yüksək temperatur bu ərazidə qeydə ALINIB 

Ən yüksək temperatur bu ərazidə qeydə ALINIB 

Hazırda oxunan: Ən yüksək temperatur bu ərazidə qeydə ALINIB 

173975

2023-cü ildə Azərbaycanda ən yüksək temperatur 43.2 dərəcə olub və Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

Onun sözlərinə görə, ötən il paytaxt Bakıda isə ən yüksək temperatur - 41 dərəcə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. 
G.Məmmədova həmçinin regionlarda da 40 dərəcədən çox temperaturun qeydə alındığı rayonların adlarını açıqlayıb: “Zərdabda 42.8, Şərurda 42.7, Ordubadda 42.6, Kürdəmirdə 42.4, Naxçıvanda 41.8, Ağstafada isə 40.9 dərəcə yüksək temperatur qeydə alınıb”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO