Ötən il Azərbaycanda iqtisadi artım nə qədər olub?

Ötən il Azərbaycanda iqtisadi artım nə qədər olub?

Hazırda oxunan: Ötən il Azərbaycanda iqtisadi artım nə qədər olub?

173641

2023-cü ildə ölkədə 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1% çox ümumi daxili məhsul istehsal olunub.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb.

ÜDM istehsalının 40,5 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 12114,5 manata bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO