Mart ayında Azərbaycandan ixrac olunan MALLAR – RƏSMİ STATİSTİKA

Mart ayında Azərbaycandan ixrac olunan MALLAR – RƏSMİ STATİSTİKA

Hazırda oxunan: Mart ayında Azərbaycandan ixrac olunan MALLAR – RƏSMİ STATİSTİKA

17342

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2021-ci ilin mart ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən 103 dəfə müraciət daxil olunub. Ümumilikdə 152 ədəd sertifikat (79 ədəd mənşə, 45 ədəd baytarlıq, 9 ədəd Qida təhlükəsizliyi sertifikatı, 19 ədəd CİTES) verilib. 

Bizim.Media İqtisadi İslahatların Təhlili və kommunikasiya Mərkəzinin saytına istinadən xəbər verir ii, bu ilin mart ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 18,4 (18,422,134.68) milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. 

Hüquqi və fiziki şəxslər tərəfindən qiymətli külçələr, biyan kökü, nar, alma şirələri, narşərab, çaxır, araq, bitki və günəbaxan yağları, tibbi zəli, xromlanmış heyvan dərisi, iri və xırdabuynuzlu heyvanların daxili orqanları, pikellənmiş xırdabuynuzlu heyvan dərisi, iribuynuzlu heyvan dərisnin sənayedə kəsilməsi nəticəsində yığılan faydasız tullantılar, kərə tərkibli bitki yağı, zeytun yağı, xiyar, pomidor turşusu, leço, badımcan kürüsü, yaşıl, qara çay, qənd, pendir, nərəcinsli balıqların kürüsü, qoyun bağırsağı, qızılgül, Dağıstan turu, göyərçin, çərəz qutusu, dondurma, dondurma üçün vafli stəkanı, polad armatur yayması, polad boru, polad kvadrat pəstah ixracı reallaşdırılıb. 

Adı çəkilən məhsullar arasında qiymətli külçələr (49,4%), (polad armatur yayması (17,6%), pendir (14%), günəbaxan yağları (14,4%), meyvə şirələrinin (1,2%) ixracı üstünlük təşkil edib.

Sertifikat verilən məhsullar 25 ölkəyə- İsveçrə (49,4%), Gürcüstan (17,6%), Rusiya (16,4%), Türkiyə (8,9%), İraq (5%), digər ölkələrə (2,7%)- (Polşa, Qazaxıstan, Kanada, Ukrayna, Tayvan, Dubay, Honq-Konq, ABŞ, Yeni Zelandiya, Macarıstan, Xorvatiya, Özbəkistan, Fil Dişi Sahili, BƏƏ, Fransa, Belarus, Malayziya, Almaniya, Litva, Sinqapur) ixrac edilib.

İxrac olunan məhsulların hava nəqliyyatı ilə (49,6%), avtomobil ilə (44,2%), dəmiryolu nəqliyyatı (5%), qarışıq nəqliyyat ilə ixracı isə (1,1%) təşkil edir.

İxrac statistikasına nəzər yetirdikdə 2020-ci ilin mart ayı ilə müqayisədə ixracda 3,1 milyon ABŞ dolları dəyərində artım müşahidə olunub. 

2017-ci ildən 2021-ci ilin mart ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 520,6 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO