Xəbər verdiyimiz kimi, “Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media Baş Prokurorluğa istinadən xəbər verir ki, onlardan biri Mərkəzin direktoru Mehriban Abasquliyevadır.
Toplanmış sübutlarla M.Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Mehriban Abasquliyeva iş üzrə Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib. Məhkəmənin qərarı əsasında təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Qeyd edək ki, M.Abasquliyeva 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib. 2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum evinin baş həkimi vəzifəsində çalışıb. O, Perinatal Mərkəzə 2022-ci ilin dekabrında direktor təyin edilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:53 / 10.01.2024
Ev dustaqlığı verilən direktor 1 il əvvəl TƏYİN EDİLMİŞDİ
Hazırda oxunan: Ev dustaqlığı verilən direktor 1 il əvvəl TƏYİN EDİLMİŞDİ
Hazırda oxunan: Ev dustaqlığı verilən direktor 1 il əvvəl TƏYİN EDİLMİŞDİ
172806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.