Azərbaycanda bu məhsulların istehsalı ARTIB

Azərbaycanda bu məhsulların istehsalı ARTIB

Hazırda oxunan: Azərbaycanda bu məhsulların istehsalı ARTIB

171731

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 milyard 20 milyon 200 min manatlıq məhsul istehsal edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,3 faiz, əczaçılıq məhsullarının istehsalı isə 1,1 faiz artıb.

Kimya sənayesi məhsullarından etil spirti 2,0 dəfə, polietilen istehsalı 24,6 faiz, etilen istehsalı 22,7 faiz, propen (propilen) istehsalı 18,0 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 72,0 faiz, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 25,3 faiz, məsaməli plastik kütlədən sair plastilinlər, lövhələr 21,1 faiz, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 5 faiz artıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO