Saxtalaşan Şaxta babalar – “Əvvəllər hədiyyə verirdilər, indi pul istəyirlər”

Saxtalaşan Şaxta babalar – “Əvvəllər hədiyyə verirdilər, indi pul istəyirlər”

Hazırda oxunan: Saxtalaşan Şaxta babalar – “Əvvəllər hədiyyə verirdilər, indi pul istəyirlər”

171284

“Əvvəllər uşaqlar Şaxta babanın olduğuna inanırdılar. Bu inamı uşaqlarda valideynlər və cəmiyyət yaratmışdı. Şaxta babaya inam o qədər güclü idi ki, uşaqlar ona məktub yazırdı, ondan ürəklərindən keçəni diləyirdi, ondan hədiyyə gözləyirdi. Bütün bunlarsa uşaqların psixologiyasına çox yaxşı təsir göstərirdi. 

Uşaqlar ülvi, təmiz və səxavətli varlıqların olmasına inanırdılar. Əvvəlki şaxta babalar həm səxavətli idi, həm də müdrik. Onlar uşaqlara təkcə hədiyyə vermirdi, həm də onlara gözəl tərbiyə aşılayırdılar”.

Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib. O bildirib ki, indi vəziyyət tam fərqlidir:
 

MÖVZU İLƏ BAĞLI:

Yeni ili Bakıda və bölgələrdə keçirmək neçəyə BAŞA gələcək? – Fantastik QİYMƏTLƏR


“İndi hara baxırsan “Şaxta baba” görürsən. Amma bu “şaxta baba”lar hədiyyə vermir, əvəzində hər kəsdən pul istəyir. İndi küçədə, tədbirdə hansı “Şaxta baba”ya yaxınlaşıb şəkil çəkdirmək istəsən, səndən pul tələb edir. 

O gün bir tədbirdə idik. Bir uşaq Şaxta baba ilə şəkil çəkdirmək istədi. Bu zaman Şaxta baba uşağa kobudcasına tələsdiyini dedi və hamının gözü qarşısında paltarını dəyişdi. Məlum oldu ki, gələn adam təkcə “Şaxta baba” yox, başqa personajları da canlandırmalıdır. 

Bu hərəkət uşağa çox pis təsir etdi. Uşaq təsirlənərək, “bu Şaxta baba deyil” deyib bir kənara çəkildi.

Baxmayaraq ki, həmin “Şaxta baba”ya 80 manat pul ödənilmişdi ki, uşaqları əyləndirsin və onlarla şəkil çəkdirsin. Şaxta babaların hər mənada saxtalaşması uşaq psixologiyasına çox pis təsir edir. 

Pul xatirinə şaxta babalar hər dona bürünürlər.  

Bu da uşaqlarda psixoloji travma yaradır. Çünki böyüklərdən fərqli olaraq uşaqlar Yeni ili həm də Şaxta baba və Qar qızın gəlməsinə görə çox gözləyirlər. Sonda isə xəyallarının suya düşməsi çox üzücü olur. 

Azyaşlı uşaqları biz nağıllarla böyüdürük. Həmin uşaqlar böyüdükcə reallıqlara uyğunlaşır. Amma körpə yaşında nağılların və xəyalların puç olması uşaqlarda ciddi psixoloji travma yaradır. Belə uşaqlar böyüyəndə daha aqressiv olurlar. Yaxşı olacaq heç nəyə inanmırlar. Ona görə də dəyərləri qorumaq məcburiyyətindəyik”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO