Balakəndə atasını öldürən yeniyetmə barəsində cinayət işi başlanıb

Balakəndə atasını öldürən yeniyetmə barəsində cinayət işi başlanıb

Hazırda oxunan: Balakəndə atasını öldürən yeniyetmə barəsində cinayət işi başlanıb

170454

Dekabrın 23-də saat 13 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Qəhrəman Bayramovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Balakən rayon prokurorluğundan bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Balakəndə FACİƏ: 48 yaşlı kişi yeniyetmə oğlu tərəfindən öldürüldü


Qeyd edilib ki, araşdırmalarla yetkinlik yaşına çatmayan C.B-nin kəsici-deşici alətlə xəsarət yetirərək atası Qəhrəman Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO