Ağdaşda 32 yaşlı qadını maşın vurub

Ağdaşda 32 yaşlı qadını maşın vurub

Hazırda oxunan: Ağdaşda 32 yaşlı qadını maşın vurub

170167

Ağdaşda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Xosrov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "Mercedes" markalı minik maşını Ağdaş rayon Xosrov kənd sakini 32 yaşlı Musayeva Nərgiz Firamil qızını vuraraq  agır bədən xəsarəti yetirib. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq, Nərgiz Musayevanın həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO