Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işğaldan azad olunmuş ərazilərdə hansı rayonlarda ofislərinin fəaliyyətə başlayacağı məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı və Əsgərənda cəmiyyətə məxsus ofislərin fəaliyyətə başlaması gözlənilir.
"Yəqin ki, məsələnin ətraflı müzakirəsi gələn il olacaq".
Bizim.Media