Meyxanaçı Pərviz Bülbülə paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi "Facebook" sosial şəbəkəsində adına açılan saxta səhifələrlə bağlı "Instagram" hesabında videomüraciət ünvanlayıb.
"Mənim "Facebook" sosial şəbəkəsində səhifəm yoxdur. Sözügedən sosial şəbəkədə adıma saxta hesablar açılaraq, siyasi mövzulara qarışırlar. Hər birinizdən çox xahiş edirəm ki, orada yazılan və danışılan məsələlərə inanmayın.
O, mən deyiləm! Hamısı saxta səhifələrdir. Bunu hamı bilsin. Mən heç bir siyasi mövzulara qarışmıram. Bunlara nə zamanım nə də ki, həfəsim var".
Rəşad Əliyev, Bizim.Media