Azərbaycan və Rusiya Samur çayı ilə bağlı protokol imzaladı

Azərbaycan və Rusiya Samur çayı ilə bağlı protokol imzaladı

Hazırda oxunan: Azərbaycan və Rusiya Samur çayı ilə bağlı protokol imzaladı

169597

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 25-cü görüşü dekabr ayının 15-də Rusiya Federasiyası Dağıstan Respublikasının ərazisində keçirilib.

Bizim.Media Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, görüş Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin və Komissiyasının Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyinin rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə keçirilib.

İclasda Səhmdar Cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO