Ançelotti:

Ançelotti: "Bu, futbolun tarixini dəyişəcək"

Hazırda oxunan: Ançelotti: "Bu, futbolun tarixini dəyişəcək"

169346

"Real"ın baş məşqçisi Karlo tezliklə Ançelotti Avropa Superliqasının yaradılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Bizim.Media xəbər verir ki, mütəxəssis deyib: “Bu məsələyə münasibət bildirmək üçün dekabrın 21-də nə baş verəcəyini gözləmək lazımdır. Bu, futbolun tarixini dəyişəcək.. Matç təqvimi və daha çox şey dəyişə bilər. Ancaq biz səbirli olmalıyıq”.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Real”ın prezidenti Florentino Peresin iki və ya üç diviziondan ibarət Avropa Superliqasının yaradılması ilə bağlı 50-60 klubla danışıqlar apardığı barədə məlumatlar yayılmışdı. Avropa Superliqasının yeni versiyasının oyunlarının Çempionlar Liqası, eləcə də Avropa Liqası və Konfrans Liqası günlərində keçirilməsi planlaşdırılır. 
Avropada yeni futbol turnirinin yaradılması üçün vacib məqamın UEFA və FİFA-ya qarşı antiinhisar işi ilə bağlı Avropa İttifaqı Məhkəməsinin çıxardığı qərar olduğu vurğulanır. Əgər məhkəmə bu qurumların futbol yarışlarında monopoliyasının qanunsuz olduğunu tanısa, o zaman klublar hansı turnirdə iştiraka üstünlük verdiklərini seçmək imkanı əldə edəcəklər. Bu iş üzrə məhkəmə iclası bu il dekabrın 21-də olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO