İran Dağlıq Qarabağ müharibəsində niyə ortaya açıq mövqe qoymur?...

İran Dağlıq Qarabağ müharibəsində niyə ortaya açıq mövqe qoymur?...

Hazırda oxunan: İran Dağlıq Qarabağ müharibəsində niyə ortaya açıq mövqe qoymur?...

1692

İran Xarici İşlər nazirinin Siyasi İşlər üzrə müavini Abbas Əraqçı, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ müharibəsnin həllinə yardım məqsədilə  Anakaraya gedib. O, Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önal ilə bir araya gəlib.

Tərəflər Bakı ilə İrəvan arasında bir aydan artıqdır davam edən Dağlıq Qarabağ müharibəsini müzakirə ediblər.

Abbas Əraqçı Twitterdən paylaşdığı mesajda “Ankarada Xarici İşlər nazirinin müavini Sedat Önal ilə açıq və faydalı müzakirəmiz oldu. İran və Türkiyənin bölgənin barış və sabirliyində rolu böyükdür” sözlərini yazıb.

Eyni zamanda A.Əraqçı RİA Novosti agentliyinə verdiyi açıqlamada Tehranın barış planının olduğunu bildirib, bu planı Rusiya və Türkiyənin də daxil olduğu region ölkələri ilə birlikdə həyata keçirmək istədiklərini deyib.

“Regional çözüm”ün gerçək həll planı olduğunu vurğulayan Əraqçı, əlavə edib ki, öncəki üç atəşkəs bu gerçəklər nəzərə alınmadığı üçün Qarabağa barış gətirmədi.

Maraqlıdır ki, Türkiyə mətbuatında Abbas Əraqçının səfəri və onun “bölgəsəl çözüm” planı o qədər də geniş yer almayıb. Təbii ki, bunun bir neçə səbəbi ola bilər.

*** Əsas səbəblərdən birinicisi, Dağlıq Qarabağda savaşın başladığı bir aydan artıq müddətində İran rəsmiləri, İranın dövlət başçısı Türkiyə kimi açıq bir mövqe ortaya qoymadı.

*** İkinci məqam bəyanatlar yalnız hansısa vilayət rəhbərləri səviyyəsində oldu. Bundan başqa, müxtəlif vaxtlarda İran ərazisindən Ermənistana hərbi silah sursatın daşınması xəbərləri gəldi. İran sözügedən xəbərləri təkzib etsə də, yayılan videolar gerçəyi ortaya qoydu.

*** Üçüncü məsələ Cənubi Azərbaycanın müxtəlif şəhərlərində soydaşlarımız Ermənistanın törətdiyi terrora, qətliamlara etiraz etmək üçün küçələrə çıxsalar da, etiraz mitinqləri İran tərəfindən dağıdıldı və çox sayda insan həbs olundu.

*** Ən son Ermənistanın Bərdə də törətdiyi qətliama etiraz edən Azərbaycan fəallarından bir neçəsi tutuldu, hazırda İran həbsxanalarında saxlanılırlar.

Bunlar yalnız İranın Dağlıq Qarabağ müharibəsində nümayiş etdirdiyi faktların çox kiçik hissəsidi. Bu isə İranın “çözüm planı”nın ciddiliyini sual altında qoyur.

Ağanisə Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO