Belorus milisi “Voditeli 97”-nin idarəçisini həbs etdi

Belorus milisi “Voditeli 97”-nin idarəçisini həbs etdi

Hazırda oxunan: Belorus milisi “Voditeli 97”-nin idarəçisini həbs etdi

1691

Belorus milisi “Voditeli 97” Teleqram kanalının idarəçisini həbs edib.

Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Belorusun Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Voditeli 97”-də yolların kəsilməsi ilə bağlı çağırış və milli təhlükəsizliyə zərər vura biləcək mövzular müzakirıə edilib.

Qurum bəyan edib ki, “Voditeli 97” ektremist kanal kimi qeydiyyata alına bilər.

Bu arada Belorus paytaxtında prezident Lukaşenkonun tərəfdarları avtoyürüş keçiriblər. Yürüş Lukoşenkaya dəstək məqsədilə “Vahid Belorus uğrunda” devizi altında keçirilib.

Bayraqlar və şarlarla bəzədilən avtomobillər səhər saatlarından Belorusun paytaxtından Qrodno şəhərinə doğru irəliləyiblər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO