“Azərbaycan noyabrın sonunda Ermənistandan aldığı sülh sazişi üzrə şərtlərə dair öz mövqeyini formalaşdırır və yaxın vaxtlarda onları qarşı tərəfə təqdim edəcək”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
“Ermənistandan aldığımız təkliflər paketi əvvəlkilərlə eyni deyil. Yeni təkliflər paketində nikbinlik var. Ermənistan öz istəklərini deyil, beynəlxalq hüquqa hörməti sərgiləyərsə, müsbət nəticə əldə etmək mümkündür”.
Bizim.Media