Astronavtların iddiası: 2035-ci ildə yaşayırıq

Astronavtların iddiası: 2035-ci ildə yaşayırıq

Hazırda oxunan: Astronavtların iddiası: 2035-ci ildə yaşayırıq

168592

Elm adamlarının fikrincə, Halley kometi 2023-cü ilin çoxdan geridə qaldığına dair şübhələr oyadır. Astronomlar hələ qədim zamanlardan müşahidə etdikləri və hər 75 ildən bir göy üzündə peyda olacağını gözlədikləri Halley kometi ilə bağlı maraqlı açıqlamalar veriblər.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu quyruqlu ulduz qısa müddətdə görünən kometlər arasında adi gözlə görünən nadir səma cisimlərindən biridir.

Sonuncu dəfə o, səmada 1986-cı ildə görünüb. Hazırda isə geri dönərək, öz orbitindən bizə doğru hərəkət edir və bir də 2061-ci ildə görünəcəyi gözlənilir.

Tarixi nöqteyi-nəzərdən isə astronomların bir çoxu belə hesab edirlər ki, Halley kometi, dini əsatirlərə görə, yeni doğulmuş İsaya yol göstərən həmin Vifleyem ulduzudur.

İtaliya rəssamı Cotto 1301-ci ildə İsa peyğəmbərə həsr etdiyi əsərində Vifleyem ulduzunu məhz quyruqlu ulduz şəklində təsvir edib.

Müasir hesablamalara görə, sentyabrın ilk günlərində komet Şir bürcünə daxil olub və Requl (“Kiçik şahzadə”) ulduzuna doğru yönəlib. Şir bürcü hər zaman İuda və onun ətrafının adı ilə əlaqələndirildiyinə görə, bu bürcdə yeni ulduzun doğulması məhz yeni İuda şahzadəsinin dünyaya gəlməsinin işarəti kimi qəbul olunub.

Əgər bu hesablamalar doğrudursa, İsa peyğəmbərin doğum gününün sayıldığı tarix hesabı 12 il əvvəl baş verib. Deməli, gələn il 2024-cü il yox, əslində 2036-cı ildir.

Şərq təqviminə görə, bu “düzəliş” elə də əhəmiyyət kəsb etmir. Hər ikisi uzun ildir və yaşıl rəngli və taxta Əjdaha üzərində təhvil olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO