Rusiya Prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin və Netanyahunun telefon danışığı zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasındakı kəskin vəziyyətə və xüsusilə Qəzza zolağındakı fəlakətli humanitar vəziyyətə yönəldilib.
"Vladimir Putin terrorizmi bütün təzahürlərində qəbul etməmək və pisləmək kimi prinsipial mövqeyini təsdiqləyib. Qeyd edib ki, terror təhlükələrinə qarşı mübarizənin mülki əhali üçün belə dəhşətli nəticələrə gətirib çıxarmaması son dərəcə vacibdir.
Vurğulanıb ki, Rusiya tərəfi mülki əhalinin iztirablarını yüngülləşdirmək və münaqişənin gərginliyini azaltmaq üçün hər cür yardım göstərməyə hazırdır.
Bundan əlavə, Rusiya vətəndaşlarının və onların ailə üzvlərinin təxliyəsi, həmçinin Qəzzada saxlanılan israillilərin azad edilməsi məsələlərində qarşılıqlı fəaliyyətin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub. Təmasların davam etdirilməsi razılaşdırılıb", deyə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:06 / 10.12.2023
Kreml Putin-Netanyahu telefon danışığının təfərrüatlarını açıqladı
Hazırda oxunan: Kreml Putin-Netanyahu telefon danışığının təfərrüatlarını açıqladı
Hazırda oxunan: Kreml Putin-Netanyahu telefon danışığının təfərrüatlarını açıqladı
168369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.