Keçmiş səfir Yaşar Əliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB

Keçmiş səfir Yaşar Əliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB

Hazırda oxunan: Keçmiş səfir Yaşar Əliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB

168231

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev dəfn olunub.

Bizim.Media xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

*** 14:07

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevlə vida mərasimi keçirilib.

Bizim.Media mərhumun Bakıdakı evində təşkil olunan vida mərasimində ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirakı edib.

Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.

Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.
Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Xatırladaq ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO