İlham Əliyev: “Cənab Borel, ola bilər ki, yuxular görür” - VİDEO

İlham Əliyev: “Cənab Borel, ola bilər ki, yuxular görür” - VİDEO

Hazırda oxunan: İlham Əliyev: “Cənab Borel, ola bilər ki, yuxular görür” - VİDEO

167676

“Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Cosep Borel – red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ADA Universitetində Qarabağla bağlı Forumda iştirak edir - CANLI 


“Bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verdi. Çox təəccüblüdür ki, onun (Borel – red.) öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”, - deyə dövlət başçısı vurğulayıb. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO