Son günlər ölkə ərazisində yayılan qızılca xəstəliyi insanları ciddi narahat edən xəbərlər sırasındadır. Xəstəliklə bağlı müvafiq təşkilat və qurumlar hər an ayıq-sayıq dayanır, istənilən müraciət dərhal xüsusi nəzarət qaydasında araşdırılır, lazımı tibbi yardımlar göstərilir.
Oğuz rayonunda da xəstəliyə ilk yoluxma halları qeydə alınıb.
Bizim.Media-nın yerli bürosuna Oğuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən noyabrın ikinci ongünlüyündən bu günə kimi qızılca xəstəliyinə 10 yoluxma qeydə alınıb.
Yoluxanlar arasında Oğuz şəhəri ilə yanaşı, bir neçə kənddən olan azyaşlı və uşaqlar var.
Xəstəxanaya daxil olan pasiyentlər müayinə olunduqdan sonra dərhal yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib, müalicələrə cəlb ediliblər.
Məlumatda o da bildirilir ki, qızılcaya yoluxanlardan 2 nəfər bu gün xəstəxanaya daxil olub. Hazırda onlardan bir nəfər stasionarda müalicə alır, digər 7 nəfər isə ambulator müalicələrə cəlb edilib, daim həkim nəzarəti altındadırlar.
Qeyd edilib ki, rayonda epidemoloji vəziyyətə nəzarət məqsədi ilə valideynlər arasında maarifləndirmə tədbirləri gücləndirilməklə yanaşı, məktəb və uşaq baxçalarında dezinfeksiya işləri aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
- A-
- A
- A+
Cəmiyyət
00:00 / 06.12.2023
Oğuzda da qızılcaya kütləvi yoluxma YAYILMAQDADIR
Hazırda oxunan: Oğuzda da qızılcaya kütləvi yoluxma YAYILMAQDADIR
Hazırda oxunan: Oğuzda da qızılcaya kütləvi yoluxma YAYILMAQDADIR
167622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.