Ailəsi izdivacına razı olmadı, özünü asdı - Azərbaycanda daha bir intihar

Ailəsi izdivacına razı olmadı, özünü asdı - Azərbaycanda daha bir intihar

Hazırda oxunan: Ailəsi izdivacına razı olmadı, özünü asdı - Azərbaycanda daha bir intihar

16730

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib. 

Belə ki, 2005-ci il təvəllüdlü Monika Cəbrayıl qızı Hüseynzadə yardımçı tikilidə özünü asaraq intihar edib.

Belə ki, 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına damdan yıxılaraq xəsarət alma ilə bağlı çağırış olub. Həkim briqadası hadisə yerinə çatanda sözügedən şəxsin ölmüş olduğu məlum olub. İlkin müayinə zamnı M.Hüseynzadənin hündürlükdən yıxılaraq xəsarət alması nəticəsində deyil, asılaraq ölməsi müəyyənləşib.

Əldə etdiyimiz məlumata görə M.Hüseynzadə həddibuluğ yaşına çatmasa da, bir müddət əvvəl ona elçi gəlib və ailə üzvləri razılaşmayıblar. Bundan sonra qızda psixoloji narahatlıqlar yaranıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.( Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO