Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək istəyir

Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək istəyir

Hazırda oxunan: Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək istəyir

167136

Türkiyə 2026-cı ildə keçiriləcək Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitindən dönüşü zamanı mediaya açıqlaması zamanı məlumat verib.

“Namizədliyimiz üçün dəstək istədik. Sammitdə iştirak edən bəzi liderlərlə ikitərəfli görüşlərimiz oldu. Ümid edirəm ki, sammitin nəticələri və Dubayda keçirdiyimiz bütün görüşlər faydalı olacaq.

Dekabrın 7-də Yunanıstana edəcəyi səfər barədə danışan Ərdoğan bildirib ki, “arzumuz Türkiyə ilə Yunanıstan arasında yeni bir dövrün başlamasıdır. Biz dostlarımızı artırıb, düşmənlərimizi azaltmağa çalışırıq”, - deyə Ərdoğan qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO