Ermənistan XİN: “Türkiyə ilə sərhəddəki keçid məntəqəsi fəaliyyətə hazırdır”

Ermənistan XİN: “Türkiyə ilə sərhəddəki keçid məntəqəsi fəaliyyətə hazırdır”

Hazırda oxunan: Ermənistan XİN: “Türkiyə ilə sərhəddəki keçid məntəqəsi fəaliyyətə hazırdır”

167114

Ermənistan sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılması ilə bağlı Türkiyədən müsbət siqnallar gözlədiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan-Türkiyə sərhədindəki "Marqara" keçid məntəqəsinin fəaliyyətə başlamağa hazırdır:

""Marqara" sərhəd-keçid məntəqəsi fəaliyyətə hazırdır və Ermənistan tərəfi üçüncü ölkə vətəndaşlarına, o cümlədən, diplomatik pasportlara malik şəxslərə sərhədin açılması ilə bağlı Türkiyədən müsbət siqnallar gözləyir”.

Xatırladaq ki, noyabrın ortalarında Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan yeni keçid məntəqəsinin tikintisinin başa çatmaq üzrə olduğunu bildirib.
R. Badasyan Ermənistan-Türkiyə sərhədinin açılma vaxtı ilə bağlı məsələlərə münasibət bildirməyib və bunun onun səlahiyyətinə aid olmadığını qeyd edib.

Bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan da Türkiyə ilə sərhədi açmağa hazır olduqlarını bəyan etmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO