Bizim.Media YAZDI - “Fond pulu” yığan məktəb direktoru CƏZALANDIRILDI 

Bizim.Media YAZDI - “Fond pulu” yığan məktəb direktoru CƏZALANDIRILDI 

Hazırda oxunan: Bizim.Media YAZDI - “Fond pulu” yığan məktəb direktoru CƏZALANDIRILDI 

167010

Bakıda 310 nömrəli məktəbdə valideynlərdən “fond pulu” yığılmasını ictimailəşdirmişdik. Söhbət Sabunçu rayonu 310 saylı orta məktəbin 5 “E” sinfindən gedir. Valideyn komitəsinin sədri yaratdığı “Whatsapp” qrupunda hər şagirddən 10 manat məbləğində pul tələb edib. Hər bir valideyni “fond pulu”nu verməyə məcbur edən komitə sədri yığılan vəsaitin printer üçün kağıza və xadiməyə veriləcəyini bildirib.

Bizim.Media bununla bağlı səsyazı da təqdim etmişdi.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakının bu məktəbində “fond pulu” YIĞILIR – Komitə sədrinin SƏSYAZISI – VİDEO 


Səsyazıda “fond pulu” ilə yanaşı artıq geridə qalan müəllimlər günü ilə bağlı da hər şagirddən 30 manat pul yığıldığı qeyd olunur.

Bakı şəhər Təhsil İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 310 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən şagirdlərdən vəsaitin toplanılması barədə yayılan məlumatla əlaqədar araşdırma aparılıb:

“Araşdırma zamanı 310 nömrəli tam orta məktəbin direktoru tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, 5 "E" sinif rəhbərinin zəruri qabaqlayıcı və maarifləndirici tədbirlər görməməsi səbəbindən valideyn tərəfindən tədris materiallarının surətlərinin çıxarılması və digər bu kimi məqsədlər üçün valideynlərdən vəsait toplanılması müəyyən olunub.

Bu baxımdan vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə 310 nömrəli tam orta məktəbin direktoru Rəsmiyə Quliyevaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilib.

Əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 310 nömrəli tam orta məktəbin müəllimi Mehriban Əliyevaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən intizam tənbehi kimi töhmət verilib.
Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır” – deyə məlumatda bildirilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO