Xırdalanda şagirdlərin kabusuna çevrilən sahibsiz itlər – İcra hakimiyyəti yenə “gözləyin” deyir – FOTO/VİDEO

Xırdalanda şagirdlərin kabusuna çevrilən sahibsiz itlər – İcra hakimiyyəti yenə “gözləyin” deyir – FOTO/VİDEO

Hazırda oxunan: Xırdalanda şagirdlərin kabusuna çevrilən sahibsiz itlər – İcra hakimiyyəti yenə “gözləyin” deyir – FOTO/VİDEO

166683

Abşeron rayonunun kəndlərində, Xırdalan şəhərinin mərkəzində sürü halında gəzən sahibsiz itlərin sakinlər üçün qorxu və təhlükə mənbəyinə çevrildiyini dəfələrlə ictimailəşdirmişik. Bununla bağlı sosial şəbəkələrdə mütəmadi məlumatlar və görüntülər yayılıb. Abşeron Rayon İcra Hakimiyyəti problemin fərqində olsa da, məsələ həll olunmamış qalır. Gün keçdikcə isə vəziyyət təhlükəli hal alır. 

Bu dəfə sahibsiz itlər Xırdalanda yerləşən 2 nömrəli məktəbin ərazisini ələ keçirib. Bununla bağlı videogörüntüləri öz sosial hesabında jurnalist Arifə Əliyeva paylaşıb. Görüntülərdən də məlum olur ki, şagirdlər it sürüsünün əlindən məktəbə daxil ola bilmirlər. 

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov Bizim.Media-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb və məlum olub ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayon ərazisinə kütləvi axını var:

“Bakı şəhəri ərazisində yerləşən "Toplan" sahibsiz itlərə qayğı mərkəzi ilə tərəfimizdən təmas qurulub. Lakin onlar ancaq Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərmələri barəsində məlumat verib.

Sahibsiz itlərə qarşı istər hüquqi müstəvidə, istər humanist davranma, istərsə də insanlıq dəyərləri nöqteyi nəzərindən tərəfimizdən hər hansı bir radikal addımın atılması mümkün olmayıb. 

Bütün bunları nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb”. 

Seymur Qasımov əlavə edib ki, sözügedən layihənin tikintisi üçün maliyyə vəsaiti ayrılıb və xidməti personal təyin edilib:

“Bütün bu işlərə paralel olaraq tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hal-hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Ötən müddət ərzində torpaq sahəsinin sənədləşdirilməsi məqsədi ilə mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlara tərəfimizdən müraciət olunub. Sənədləşmə işlərinin müəyyən zaman alacağını qeyd edərək bildiririk ki, bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə dərhal başlanılacaq”.

Qeyd edək ki, hər dəfə Xırdalanda sahibsiz itlərlə bağlı problem qabardılanda Abşeron Rayon İcra Hakimiyyətindən eyni açıqlama veriliir. Amma konkret addım atılmır.
 







Alçina Amilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO