Yer kürəsində orta temperatur 1.5 dərəcədən çox arta bilər - PROQNOZ

Yer kürəsində orta temperatur 1.5 dərəcədən çox arta bilər - PROQNOZ

Hazırda oxunan: Yer kürəsində orta temperatur 1.5 dərəcədən çox arta bilər - PROQNOZ

166503

“İqlim dəyişmələrinin qarşısının alınmasının əsas istiqamətlərindən biri istixana qazları emissiyalarının azaldılmasıdır. Məsələn, energetika sektorunda alternativ və bərpa olunan enerji mənbələrinə keçsək, həmin sektorda emissiyaların qarşısı alınacaq”.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq Əməkdaşlıq və İqlim dəyişmələri şöbəsinin müdiri Fuad Hümbətov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, orta temperaturun artması kənd təsərrüfatında yeni quraqlığadavamlı bitki növlərinin yetişdirilməsinin, iqlim cəhətdən ağıllı texnologiyalar tətbiq olunmasının vacibliyini ortaya qoyur.

“2100-cü ilə qədər temperatur sənayeləşmə dövrü ilə müqayisədə 3 dərəcə artsa, canlı aləmin 20-30 faizi məhv olar. Hazırda dünya üzrə atmosfer havasına təxminən 60 milyard ton karbon dioksidi ekvivalentində istixana qazı atılır. 2030-cu ilə qədər atılan emissiyanın miqdarı hazırkı 4, 8 trilyon tonu keçsə 1.5 dərəcə C-dən daha artıq istiləşmə baş verəcəyi qaçılmazdır", - deyə F.Hümbətov qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO