Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin intensivliyi ARTIRILACAQ - VİDEO

Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin intensivliyi ARTIRILACAQ - VİDEO

Hazırda oxunan: Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin intensivliyi ARTIRILACAQ - VİDEO

166377

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə birgə təlimlərin intensivliyinin artırılması məsələlərini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb.

Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb.
Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO