Prezidentin xüsusi nümayəndəsi özəl sektora ÇAĞIRIŞ ETDİ 

Prezidentin xüsusi nümayəndəsi özəl sektora ÇAĞIRIŞ ETDİ 

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi özəl sektora ÇAĞIRIŞ ETDİ 

165918

Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov özəl sektora çağırış edib.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, o bu barədə “İşğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu: peşə bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirib.

Xüsusi nümayəndə deyib ki, Laçın biznes üçün açıqdır:

“Özəl sektoru Laçında iş yerlərinin açılmasında fəal olmağa çağırıram. Çünki insanların məşğulluq məsələsi dövlət və özəl sektorun əməkdaşlığı nəticəsində daha asan həll olunur. Biz buna uzunmüddətli sosial proqram kimi baxırıq. Nə qədər məhsuldar əməkdaşlıq olsa, bir o qədər tez insanların məşğulluq problemi tez həll oluna bilər”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO