“Türkiyə 52 ildir Avropa İttifaqının qapısında gözləyir. Türkiyənin Avropa İttıfaqına üzvlük prosesinin yenidən güclənməsini istəyirik. Bu kontekstdə Almaniyanın töhfələrinə əhəmiyyət veririk”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla Berlində birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, səfər çərçivəsində Türkiyə vətəndaşlarının viza məsələsinin sürətləndirilməsi məsələsini dəyərləndirəcəklər.
Bizim.Media