“Ümumtəhsil sistemində əvvəl bütün müəllimlərin əməkhaqqı eyni idi. Lakin sistem təkmilləşdirildikdən sonra, müəllimlərin diplomunun rənginə görə yox, əmək fəaliyyətinə görə əməkhaqları fərqləndirildi”.
Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Doktrantlar və Gənc Tədqiqatçıların XXVI Respublika Elmi Konfransında çıxışı zamanı bildirib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın elmi-tədqiqat institutlarında YENİLİK
“Mən və nazirliyin əməkdaşları tədqiqat işi aparmırıq, tədqiqatçılara şərait yaradırıq. Elmlə ali təhsili bir yerdə görürük.
Bu, səhv və ya düz yanaşmadır, bilmirik. Lakin elm və ali təhsil yanaşması birlikdə götürülür. Düşünürəm ki, bu gün keçirilən konfrans gənc tədqiqatçılarımız üçün olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, emosianal və milli məsələləri kənara qoyub, dünya alimləri ilə müzakirələr aparmaq lazımdır”.
Nuranə Daxilqızı, Bizim.Media