"Sədərək" gömrük postunun 2 əməkdaşı həbs olundu - RÜŞVƏT ALIBLAR

Hazırda oxunan: "Sədərək" gömrük postunun 2 əməkdaşı həbs olundu - RÜŞVƏT ALIBLAR

164763

"Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanılaraq istitaq aparılır.

Bizim.Media xəbər verir ki, həmin cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 ( külli miqdarda törədildikdə ) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO