Azərbaycan vaksinasiya səviyyəsinə görə MDB ölkələrini keçib - RƏQƏMLƏR

Azərbaycan vaksinasiya səviyyəsinə görə MDB ölkələrini keçib - RƏQƏMLƏR

Hazırda oxunan: Azərbaycan vaksinasiya səviyyəsinə görə MDB ölkələrini keçib - RƏQƏMLƏR

16463

Dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə aparmaq hələki mümkün olmur. Dünya ölkələri ən optimal mübarizə üsulu olan vaksinasiya prosesinə start veriblər. Bəzi ölkələrdə artıq peyvəndləmə prosesi başa çatıb. Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də start verilib və hazırda prosesin 3-cü mərhələsi həyata keçirilir.

Təxminən yarım milyondan çox insan peyvənd olunub. Bu isə əhalinin təxminən 5 faizinin peyvənd olunması deməkdir.

Bizim.Media xəbər verir ki, MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə aparılan araşdırmalar göstərir ki, Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə liderlik edir. 
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏT: COVİD pasportunuz da hazırdır - FOTO


Statistika göstərir ki, Azərbaycanda 518 867 nəfərin ilk, 226 minin isə ikinci doza ilə peyvənd olunduğu bildirilir. Bu da əhalinin 5,2 faizini təşkil edir.

Rusiyada vaksinasiya olunanların sayı 6,3 milyon nəfərdir ki, bu əhalinin 4,3 faizini təşkil edir. Belarusda bu göstərici 2 faiz, Moldova, Qazaxıstan və Ukraynada isə heç 1 faiz səviyyəsinə çatmır.

Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər peyvənd olunub. Ermənistanda isə vaksinasiya hələ başlamayıb.

Hər 100 nəfərə düşən peyvənd olunanların sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geridədir. 

Qeyd edək ki, Azərbaycan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri olub. Aprelin 5-də Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək.

Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.

Qeyd edək ki, ümumilikdə “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin mayın sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub. 

Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO