Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması QAYDALARI DƏYİŞDİ   

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması QAYDALARI DƏYİŞDİ   

Hazırda oxunan: Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması QAYDALARI DƏYİŞDİ   

164547

Nazirlər Kabineti “Pensiya yaşına çatmasına, əlilliyinə 2 görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”na dəyişiklik edib. 

Bizim.Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət qulluqçularının başqa vəzifəyə təyin edilməsi ilə bağlı YENİ QAYDA 


Dəyişikliyə əsasən müavinətin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.  

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO