Səlcuq Bayraqdar Azərbaycanda - FOTO 

Səlcuq Bayraqdar Azərbaycanda - FOTO 

Hazırda oxunan: Səlcuq Bayraqdar Azərbaycanda - FOTO 

16417

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycanda səfərdədir.

Bizim.Media xəbər verir ki, Bayraqdar  Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib.

Bayraqdar həmçinin, Şəhidlər xiyabanında olub. Vətən uğrunda canından keçən şəhidlərimizin məzarlarını və Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO