"Fənərbaxça" Türkiyə Super liqasının ardıcıl 2-ci oyununda da xal itirib.
Bizim.Media xəbər ver ki, "sarı-lacivərdlilər" liqanın XII turu çərçivəsində "Adana Dəmirspor"un qonağı olub.
İsmail Kartalın yetirmələri matça sürətli başlasa da, oyun elə başladığı kimi də bitib: 0-0.
Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən İstanbul təmsilçisi yenidən turnir cədvəlinin zirvəsinə qalxıb. Eyni xala sahib "Qalatasaray" ikinci pillədə qərarlaşıb. 3-cü yerdə rəqiblərini təqib edən "Adana Dəmirspor"un isə 22 xalı var.
Qeyd edək ki, turun "Beşiktaş" - "Başakşehir" matçında "qara qartallar" yeni baş məşqçisi ilə çıxdığı ilk oyundan qalib ayrılıb: 1-0.
Dünən Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" isə evində "Qalatasaray"ı 2-1 hesabıyla məğlub etmişdi.
Bizim.Media
- A-
- A
- A+
İdman
06:38 / 13.11.2023
"Fənərbaxça" və "Qalatasaray" xal itirdi, "Beşiktaş" qələbə qazandı
Hazırda oxunan: "Fənərbaxça" və "Qalatasaray" xal itirdi, "Beşiktaş" qələbə qazandı
Hazırda oxunan: "Fənərbaxça" və "Qalatasaray" xal itirdi, "Beşiktaş" qələbə qazandı
164072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.