Hulusi Kılıç:

Hulusi Kılıç: "Xankəndidə Zəfər paradının keçirilməsi tarixi hadisədir"

Hazırda oxunan: Hulusi Kılıç: "Xankəndidə Zəfər paradının keçirilməsi tarixi hadisədir"

163494

Bu gün Azərbaycanla yanaşı, həm Türkiyə, həm də bütün Türk dünyasının bayramı, tarixi dönüm nöqtəsidir. Bu, dünya azərbaycanlılarının qürur günüdür. Millətlərin tarixində zəfər günlərinin olması xüsusi əhəmiyyət kəsb edir. Bu zəfərlər qanla qazanılan, azad edilən torpaqların və düşmənin məğlubiyyətinin rəmzidir. Azərbaycan uzun illərdən sonra torpaqlarını tam azad etdi. Bu gün türklüyün böyük rəmzlərindən biri olan Xankəndidə Zəfər paradının keçirilməsi qürurverici, xüsusi məna kəsb edən tarixi hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev bu gün böyük tarixi hadisəni həyata keçirdi. Bütün türk dünyasını bu şanlı gün münasibətilə təbrik edirəm.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

“Azərbaycan 44 günlük Vətən müharibəsi və daha sonra, sentyabrın 19-da keçirdiyi birgünlük antiterror əməliyyatı nəticəsində torpaqlarını azadlığa çıxardı. Bu gün Azərbaycan torpaqlarının hər yerində üçrəngli şanlı bayraq dalğalanır. İnsanlar hər zaman başqalarının yazdığı tarixi oxuyur. Azərbaycanın Ali Baş Komandanı isə tarixin axışını dəyişdirərək, özü tarix yazdı. Dünya Azərbaycan Prezidenti və Ordusunun yazdığı bu tarixi oxuyacaq və hər bir azərbaycanlı bununla böyük qürur hissi keçirəcək”, - deyə Hulusi Kılıç bildirib.

Bu Zəfərlə Azərbaycanın BMT-nin dörd qətnaməsi başda olmaqla həm bir sıra beynəlxalq hüquqi normaları yerinə yetirdiyi, həm də Türk dünyasına böyük cəsarət verdiyini vurğulayan Hulusi Kılıç deyib: “Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra Türk dünyası üçün mühüm addım olan Türk Dövlətləri Təşkilatı quruldu.
Qarabağın düşmən işğalından azad edilməsi Azərbaycanın gücünü və qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bütün dünya, o cümlədən bütün Türk dünyasına göstərdi. Türkiyə ilə Azərbaycan arasındakı bu münasibətlər digər, xüsusilə türkdilli dövlətlər üçün böyük nümunədir. Azərbaycan iqtisadi, siyasi, hərbi baxımdan güclü bir dövlətdir və bundan sonrakı yolunu əmin, güclü addımlarla davam etdirəcək. Qürurla və əminliklə deyə bilərik ki, otuz ildən artıq səbirlə gözləyən Azərbaycan Ordusunun yazdığı bu tarix dünyanın bir çox hərbi məktəblərinin dərs kitablarında öz yerini alacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO