Hüseyn Abdullayevdən İlham Əliyevə MÜRACİƏT - Vətəndaşlıqdan çıxmaq istəyir

Hüseyn Abdullayevdən İlham Əliyevə MÜRACİƏT - Vətəndaşlıqdan çıxmaq istəyir

Hazırda oxunan: Hüseyn Abdullayevdən İlham Əliyevə MÜRACİƏT - Vətəndaşlıqdan çıxmaq istəyir

16346

Həbsdə olan sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayev prezident İlham Əliyevə müraciət edib. 

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, o, günahsız yerə həbs edildiyini, 3 ildir qanunsuz həbsdə saxlandığını və əziyyət çəkdiyini qeyd edib.

"Quska" səhhətinin ağırlaşdığını, 70 yaşlı anasının da bu səbəbdən əziyyət çəkdiyini və onun da səhhətində ciddi problemlər yarandığını bildirib.

Hüseyn Abdullayev məktubunun sonunda baş verənlərin ədalətlisizlik olduğunu söyləyərək Azərbaycan vətəndaşlığından çıxarılmasını istəyib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.
İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır.

Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.

Hüseyn Abdullayev özünü təqsirli bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO