İqtisadiyyat Nazirliyi bir sıra televiziya işçilərini Fəxri fərmanla təltif edib - FOTO 

İqtisadiyyat Nazirliyi bir sıra televiziya işçilərini Fəxri fərmanla təltif edib - FOTO 

Hazırda oxunan: İqtisadiyyat Nazirliyi bir sıra televiziya işçilərini Fəxri fərmanla təltif edib - FOTO 

163225

İqtisadiyyat Nazirliyində bir sıra televizya işçiləri və Nazirliyin nümayəndələrinin iştirakı ilə 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Gününə həsr edilmiş tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. 

Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, müasir dövrdə Azərbaycanda sosial-iqtisadi inkişaf müxtəlif sahələrə, o cümlədən medianın inkişafına münbit zəmin yaradıb. 

Mediaya müxtəlif dövlət dəstəyi tədbirlərinin, qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, televiziya və radio xalqımızın mədəniyyətini, ictimai-siyasi həyatını, qazandığı nailiyyətləri yerli və beynəlxalq auditoriyaya təqdim edir, dünyanın mədəniyyət elm, təhsil nümunələrini Azərbaycan izləyicisinə çatdırır.

O cümlədən, iqtisadiyyatın müxtəlif sahələrinin, həmçinin özəl sektorun inkişafında, cəmiyyətin, sahibkarların bu yöndə maarifləndirilməsində televiziya və radio işçilərinin mühüm töhfələri, böyük zəhməti var. 
Elnur Əliyev İqtisadiyyat Nazirliyi adından bu sahədə əməyi olan bütün teleradio işçilərinə təşəkkürünü ifadə edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Televiziya əməkdaşları dövlət tərəfindən medianın inkişafına göstərilən dəstəyin jurnalistlər və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini, ölkəmizin sosial-iqtisadi inkişafı naminə bundan sonra da səylə çalışacaqlarını bildiriblər. 

Tədbirdə iqtisadiyyatla bağlı keyfiyyətli süjet, xəbər və verilişlərin ərsəyə gəlməsində yaradıcılıqları və təşəbbüsləri ilə fərqlənən bir sıra televiziya işçiləri Nazirliyin Fəxri Fərmanı ilə təltif olunub, onlara xatirə hədiyyəsi təqdim edilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO